Rusiyada son sutkada 1 238 nəfər koronavirusdan ölüb

...Ümumilikdə koronavirusdan ölənlərin sayı 269 057 nəfərə çatıb

Bakı , Gülnarә Quliyeva, İnteraz - 25 Noyabr 2021, 13:22

Rusiyada son sutka ərzində daha 33 796 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

 

İnterAz-ın RT-yə istinadən xəbərinə görə, Rusiyada COVID-19-a yoluxanların sayı 9 468 789 nəfərə çatıb.

 

Son sutka ərzində 1238 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 269 057 nəfərə çatıb.

 

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Almaniyadan sonra dördüncü yerdə gəlir.

sss