Əfqanıstanın şərqində 80 İŞİD üzvü Talibana təslim olub

Əfqanıstanın Pakistanla sərhədində yerləşən Nəngərhar əyalətində 80 İŞİD üzvü Taliban hökuməti qüvvələrinə təslim olub...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 25 Noyabr 2021, 14:46

Əfqanıstanın Pakistanla sərhədində yerləşən Nəngərhar əyalətində 80 İŞİD üzvü Taliban hökuməti qüvvələrinə təslim olub.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Nəngərharda yerli qəbilə mənbələri məlumat veriblər.

 

Bildirilib ki, yerli qəbilələrin vasitəçiliyi ilə Nəngərhar əyalətində 80 civarında İŞİD üzvü (“Xorasan Vilayəti”) Talibana təslim olub.

 

Qeyd edək ki, son 100 gündə yəni Əfqanıstanın Talibanın nəzarətinə keçməsindən sonra ölkədə törədilən qanlı terror hücumlarının çoxunu İŞİD-in “Xorasan Vilayəti” üzərinə götürüb. Taliban ötən həftə Nəngərharda İŞİD-ə qarşı əməliyyata başlayacağını bildirmişdi.

sss