İordan çayının Qərbində İsrail qüvvələri ilə fələstinlilər arasında atışmalar olub, yaralananlar var

İşğal altında olan İordan çayının Qərb sahilinin Tul-Kərm, Nablus və Cenin rayonları İsrail qüvvələri ilə fələstinlilər arasında atışmlaların və qarşıdurmaların şahidi olub...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 Aprel 2022, 11:50

İşğal altında olan İordan çayının Qərb sahilinin Tul-Kərm, Nablus və Cenin rayonları İsrail qüvvələri ilə fələstinlilər arasında atışmlaların və qarşıdurmaların şahidi olub.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, İsrail qüvvələri Tul-Kərm universitetində tələbələrə qarşı ordlu və rezin güllələrdən, habelə gözyaşardıcı qazlardan istifadə edib. Burada 11 tələbə yaralanıb.

 

Cenin şəhərinə basqın edən İsrail qüvvələri fələstinlilərin silahla müqavimətindən sonra şəhərin dərinliklərinə daxil olmaqdan daşınıb və şəhərin kənarına geri çəkilib. Burada yaralananların olduğu deyilir.

 

Eləcə də Nablusda fələstinli gənclərlə İsrail qüvvələri arasında atışmada yaralananlar var.

 

Qeyd edək ki, Təl-Əviv hücumundan sonra İsrail qüvvələri işğal altında olan bölgələrdə onlarla fələstinli həbs edib.

 

sss