Makron: Yaxın günlərdə Putin və Zelenski ilə yenidən danışacam

Onun sözlərinə görə, Ukraynadakı hərbi əməliyyatları dayandırmaq və orada sülhü bərpa etmək üçün hər cür səy göstərir...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 Aprel 2022, 12:24

Fransa prezidenti Emmanuel Makron bildirib ki, yaxın günlərdə Rusiya lideri Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə yenidən telefon danışıqları aparmağı planlaşdırır.

 

İnterAz "TASS"a istinadən xəbər verir ki, prezident bunu "France 2" telekanalının efirində deyib.

 

"Yaxın günlərdə Ukrayna Prezidenti Vladimir Zelenski və Rusiya Prezidenti Vladimir Putinlə yenidən telefonla danışacam", - Fransada keçirilən prezident seçkilərində ikinci müddətə namizədliyini irəli sürən Emmanuel Makron deyib.

 

Onun sözlərinə görə, Ukraynadakı hərbi əməliyyatları dayandırmaq və orada sülhü bərpa etmək üçün hər cür səy göstərir.

sss