Bayden Ukraynaya kəşfiyyat yardımı ilə bağlı sızıntıları dayandırmağı tələb edib

ABŞ prezidenti Co Bayden xüsusi xidmət orqanlarından və Pentaqondan Ukraynaya kəşfiyyat yardımı ilə bağlı mətbuata sızan məlumatların dayandırılmasını tələb edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 May 2022, 11:22

ABŞ prezidenti Co Bayden xüsusi xidmət orqanlarından və Pentaqondan Ukraynaya kəşfiyyat yardımı ilə bağlı mətbuata sızan məlumatların dayandırılmasını tələb edib.

 

İnterAz-ın "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "NBC" telekanalı məlumat yayıb.

 

Bildirilir ki, MKİ rəhbəri Uilyam Börns, Milli Kəşfiyyatın direktoru Avril Heyns və müdafiə naziri Lloyd Ostin ilə telefon danışığında Bayden bildirib ki, belə məlumatlar Vaşinqtonu məqsədlərdən yayındırır.

 

“The New York Times” bir müddət öncə qeyd edib ki, Vaşinqton xüsusi əməliyyatın ikinci mərhələsinin elanından sonra Rusiya qoşunlarının hərəkətlərinin təfərrüatları da daxil olmaqla, döyüş meydanında baş verən hadisələrlə bağlı məlumatları “real vaxt rejimində” gizli şəkildə Ukraynaya ötürür.

 

Qısa müddət sonra Pentaqon mövzu ilə bağlı mediada yayılan xəbərləri təkzib edib.

sss