Donald Tramp ABŞ hakimiyyətini Putinlə münasibət qura bilməməkdə ittiham edib

..."ABŞ-ın hazırkı administrasiyasının Rusiya prezidenti Vladimir Putinlə necə düzgün münasibət quracağı barədə heç bir fikri yoxdur"

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 May 2022, 11:37

"ABŞ-ın hazırkı administrasiyasının Rusiya prezidenti Vladimir Putinlə necə düzgün münasibət quracağı barədə heç bir fikri yoxdur".

 

İnterAz "TASS"a istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

 

"Vladimir Putinlə necə davranacaqlarını bilmirlər. Onlar yanlış zamanda yanlış şeylər deyirlər", - deyə eks-prezident Pensilvaniyada çıxışı zamanı bildirib.

 

Trampın sözlərinə görə, hazırkı hakimiyyət psixologiya haqqında heç nə bilmir. 

 

Trampın fikrincə, Amerika hakimiyyətinin Ukrayna ilə bağlı səriştəsizliyi, Ukraynada milyonlarla qurbana səbəb ola bilər.

 

"Bayden və onun administrasiyası Kiyev üçün etdikləri ilə öyünməməli, sülh razılaşmasına nail olmaq üçün hər cür səy göstərməlidir", - deyə Tramp vurğulayıb.

 

sss