Dnestryanı «DİN»: Voronkovo ​​kəndi yaxınlığındakı keçmiş aerodrom ərazisi atəşə tutulub

Tanınmayan Dnestryanı bölgəsinin Daxili İşlər Nazirliyi mayın 7-də Rıbnitsa vilayətinin Voronkovo ​​kəndi yaxınlığındakı keçmiş aerodrom ərazisinin atəşə tutulması barədə məlumat yayıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 May 2022, 12:15

Tanınmayan Dnestryanı bölgəsinin Daxili İşlər Nazirliyi mayın 7-də Rıbnitsa vilayətinin Voronkovo ​​kəndi yaxınlığındakı keçmiş aerodrom ərazisinin atəşə tutulması barədə məlumat yayıb.

 

İnterAz bu barədə "TASS"a istinadən xəbər verir. 

 

"Keçmiş aerodrom ərazisində 4 partlayış baş verib. Mayın 6-da axşam, təxminən 21.40-da ilkin ehtimallara görə, drondan iki partlayıcı qurğu atılıb. Bir saat sonra, hücum təkrarlanıb", - deyə məlumatda deyilir.

 

Bildirilir ki, ərazidə təxminən 1 m dərinlikdə və 25 sm diametrdə çuxurlar aşkar edilib.

 

"Ekspertlərin fikrincə, bu, Voronkovo ​​kəndi ərazisində ikinci analoji faktdır. İlk hücum mayın 5-də 22.20-də qeydə alınıb. Daha sonra drondan iki partlayıcı qurğu atılıb", - deyə DİN qeyd edib.

 

sss