NATO-nun baş katibi: Biz Ukraynada uzunmüddətli müharibəyə hazır olmalıyıq

NATO Ukraynanı dəstəkləyir, lakin münaqişənin tərəfi olmaq niyyətində deyil. Hərbi əməliyyatların digər ölkələrə yayılmasının qarşısını almaq lazımdır...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 May 2022, 12:35

NATO Ukraynanı dəstəkləyir, lakin münaqişənin tərəfi olmaq niyyətində deyil. Hərbi əməliyyatların digər ölkələrə yayılmasının qarşısını almaq lazımdır.

 

İnterAz "TASS"a istinadən xəbər verir ki, bunu Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq “Welt am Sontag” qəzetinə müsahibəsində deyib.

 

"Təəssüf ki, biz Ukraynada aylarla, hətta illərlə davam edə biləcək uzunmüddətli müharibəyə hazır olmalıyıq. Uzunmüddətli perspektivdə Ukrayna yalnız Sovet İttifaqının silahları ilə müdafiə oluna bilməz və müasir Qərb silahlarına keçməlidir. Ukraynanın təcili ağır silahlara ehtiyacı var, Qərb təchizatını gücləndirməlidir", - Stoltenberq bildirib.

 

Baş katibin sözlərinə görə, münaqişənin başqa ölkələrə keçməsinin qarşısını almaq üçün hər şey edilməlidir.

 

"Buna görə də biz NATO qoşunlarını Ukraynaya göndərmirik. Biz bu ölkəni dəstəkləyirik, lakin NATO şüurlu şəkildə müharibənin tərəfi deyil", - Stoltenberq əlavə edib.

 

sss