Tramp Aİ ölkələrinin Ukraynaya ABŞ-dan qat-qat az kömək etməsindən narazılığını bildirib

...sabiq respublikaçı prezidentin müvafiq bəyanatını cümə axşamı onun mətbuat xidməti yayıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 May 2022, 11:19

ABŞ-ın sabiq prezidenti Donald Tramp Aİ ölkələrinin Ukraynaya yardım üçün ABŞ-ın çox az vəsait ayırmasından narazılığını bildirib.

 

İnterAz "TASS"a istinadən xəbər verir ki, sabiq respublikaçı prezidentin müvafiq bəyanatını cümə axşamı onun mətbuat xidməti yayıb.

 

"Niyə Avropa bizlə müqayisədə çox az vəsait göndərdiyi halda, biz Ukraynaya 40 milyard dollardan çox vəsait ayırırıq?", deyə eks prezident bildirib.

 

Trampın sözlərinə görə, prezidentliyi dövründə, o, alyansın kollektiv müdafiəsini gücləndirmək üçün “Avropa ölkələrini ödəniş etməyə məcbur etməklə NATO-nu zənginləşdirib”.

 

"Onların çoxu ümumiyyətlə ödəniş etməyib və ya lazım olduğundan daha az ödəniş edib", deyə Tramp vurğulayıb.

sss