ABŞ senatoru Kiyevə 40 milyard dollar ayrılması üçün sürətli səsverməni bloklayıb

"Birləşmiş Ştatlar Ukraynaya 40 milyard dollarlıq yardımı nəzarətsiz qoymamalı və bu vəsaiti "qapıdan bayıra" atmamalıdır"...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 May 2022, 11:54

"Birləşmiş Ştatlar Ukraynaya 40 milyard dollarlıq yardımı nəzarətsiz qoymamalı və bu vəsaiti "qapıdan bayıra" atmamalıdır".

 

İnterAz "TASS"a istinadən xəbər verir ki, bunu mayın 12-də bu vəsaitin Kiyevə ayrılması ilə bağlı sürətli səsverməni bloklayan amerikalı respublikaçı senator Rend Pol deyib.

 

40 milyard dolları heç bir nəzarət olmadan qapıdan çölə atmaq olmaz. Biz bunu Əfqanıstanda etdik. Xüsusi baş müfəttişin olması belə bütün bədxərcliyi dayandırmadı, amma ən azı fırıldaqçıları pulu oğurlamazdan əvvəl iki dəfə düşünməyə vadar etdi. “Mən xarici ölkələrin deyil, Birləşmiş Ştatların Konstitusiyasına and içmişəm. Digər ölkələrə nə qədər rəğbət bəsləsəm də, Amerika Birləşmiş Ştatlarının milli təhlükəsizliyinə and içmişəm”, deyə Pol bildirib.

 

Senator ABŞ hökumətinin Əfqanıstanda yenidənqurma işləri üzrə baş müfəttişlik nümunəsini əsas gətirərək, eyni işin Vaşinqton administrasiyası tərəfindən Ukraynaya hərbi yardımın göstərilməsiylə bağlı qanun layihəsinə də daxil edilməsində israrlıdır.

 

sss