KİV: Bəzi Avropa dövlətləri Suriya hökuməti ilə münasibətləri normallaşdırmaq istəyir

Bəzi Avropa dövlətləri ABŞ-ın Suriyaya qarşı “Qeysər qanunu” kimi tanınan sanksiyalar planından uzaqlaşmaq istəyirlər...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 May 2022, 12:28

Bəzi Avropa dövlətləri ABŞ-ın Suriyaya qarşı “Qeysər qanunu” kimi tanınan sanksiyalar planından uzaqlaşmaq istəyirlər.

 

İnterAz xəbər verir ki, bu barədə "Sputnik Ərəb" rəsmi mənbələrinə istinadən məlumat yayıb.

 

Agentlik bildirib ki, bəzi Avropa dövlətləri Suriyaya qarşı sanksiyaların nəticəsiz olduğu və hətta ölkədə humanitar durumu daha da çətinləşdirdiyi qənaətindədirlər və buna görə hökumətlə münasibətləri normallaşdırmaq istəyirlər.

 

Əlavə edilib ki, bəzi Avropa dövlətləri ABŞ-ın Suriyaya qarşı “Qeysər qanunu” kimi tanınan sanksiyalar planından uzaqlaşmaq və “humanitar dəstəyin zərurəti” adı altında yeni siyasət yürütmək istəyirlər.

 

Mənbə yaxın günlərdə bu istiqamətdə müsbət xəbərlərin eşidiləcəyini bildirib.

 

Ekspertlər bildirir ki, Bəşər Əsədin silahlı müxalifətin nümayəndələrinin əfv edilməsilə bağlı son sərəncamı da bu istiqamətdə atılıb. Həmçinin Ərəb Dövlətləri Liqasında Suriyanın rəsmən təmsil ediləcəyilə bağlı xəbərlər də dolaşmaqdadır.

 

sss