Finlandiyanın NATO-dakı daimi nümayəndəsi Rusiyadan birbaşa hərbi təhlükə görmür

Nüvə münaqişəsi risklərindən danışan Korhonen bildirib ki, hazırda bu risklər minimal səviyyədədir...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 May 2022, 12:38

Finlandiya hazırda Rusiyadan birbaşa hərbi təhdid görmür.

 

İnterAz "TASS"a istinadən xəbər verir ki, bunu "CNN"ə ölkənin NATO-dakı daimi nümayəndəsi Klaus Korhonen deyib.

 

Onun sözlərinə görə, təhlükəsizlik mühitində çox kəskin dəyişiklik ölkənin Şimali Atlantika Alyansına daxil olması ilə nəticələnə bilər, lakin hazırda Rusiya tərəfindən birbaşa hərbi təhdidlər və ya hər hansı qeyri-standart fəaliyyət müşahidə edilmir. 

 

Eyni zamanda, diplomat qeyd edib ki, Helsinki Moskvanın kiberhücumlar və dezinformasiya kampaniyaları təşkil edə biləcəyini istisna etmir.

 

Nüvə münaqişəsi risklərindən danışan Korhonen bildirib ki, hazırda bu risklər minimal səviyyədədir.

sss