Medvedyev: Rusiya əleyhinə sanksiyalar dünyada böyük fəsadlara yol açacaq

Rusiya Federasiyasına qarşı sanksiyalar dünyada enerji, logistika, ərzaq və digər böhranlara səbəb olacaq...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 May 2022, 13:34

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev anti-Rusiya sanksiyaları və “Amerika mərkəzli dünya ideyası"nın iflası nəticəsində bir sıra böhran və münaqişələrin olacağını proqnozlaşdırıb.

 

İnterAz xəbər verir ki, Medvedyev özünün "Telegram" kanalında qeyd edib ki, Rusiya Federasiyasına qarşı sanksiyalar dünyada enerji, logistika, ərzaq və digər böhranlara səbəb olacaq.

 

"Nəticədə, mövcud reallıqların de-fakto, sonra de-yure tanındığı yeni təhlükəsizlik arxitekturası yaradılacaq:

 

a) “qaydalara əsaslanan nizam” kimi qərbləşmiş beynəlxalq münasibətlər konsepsiyalarının zəifliyi və Qərbin digər mənasız tullantıları;

 

b) Amerika mərkəzli dünya ideyasının süqutu;

 

c) Qərb dünyası ilə münaqişənin kəskin mərhələsində olan ölkələrdə dünya ictimaiyyətinin hörmət etdiyi maraqların olması", deyə Medvedyev qeyd edib.

sss