Bloomberg: ABŞ Türkiyənin F-16 qırıcıları üçün avadanlıq tələbini təsdiqləyib

ABŞ prezidenti Co Baydenin administrasiyası Konqresdən Türkiyəyə məxsus Amerikanın "F-16" qırıcılarının modernləşdirilməsi üçün avadanlıqların satışına icazə verilməsini istəyib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 May 2022, 14:14

ABŞ prezidenti Co Baydenin administrasiyası Konqresdən Türkiyəyə məxsus Amerikanın "F-16" qırıcılarının modernləşdirilməsi üçün avadanlıqların satışına icazə verilməsini istəyib.

 

İnterAz “TASS”a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

 

Məlumata görə, Konqresə göndərilən qeyri-rəsmi hesabatlar arasında “AIM-120 AMRAAM” və “AIM-9 Sidewinder” raketlərinin, o cümlədən Türkiyəyə məxsus “F-16” döyüş təyyarələri üçün texniki və proqram təminatının satışı təklifi də var.

 

Bir müddət öncə “The Wall Street Journal” qəzeti yazıb ki, apreldə Ankara Türkiyəyə məxsus Amerika “F-16” qırıcılarına quraşdırmaq üçün nəzərdə tutulan raket və radarların alınması məqsədilə Vaşinqtona sorğu göndərib. Qəzetin bildirdiyinə görə, Türkiyə hökumətinin tələb etdiyi avadanlığın ümumi dəyəri 400 milyon dolları ötməlidir. “Bloomberg”in məlumatına görə isə, satınalma məbləği 500 milyon dollardan çox olacaq.

 

sss