Lavrov: Avropa İttifaqı NATO-nun “əlavəsinə” çevrilir

Aİ ölkələri NATO ilə birləşərək, alyansın “əlavəsi” funksiyalarını yerinə yetirəcəkləri tendensiyası təsdiqlənir...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 May 2022, 14:25

Aİ ölkələri NATO ilə birləşərək, alyansın “əlavəsi” funksiyalarını yerinə yetirəcəkləri tendensiyası təsdiqlənir.

 

İnterAz “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov MDB Xarici İşlər Nazirləri Şurasının iclasının yekunlarına dair çıxışında deyib.

 

“Avropa İttifaqı ölkələri artıq NATO-nun çəkdiyi cığırla hərəkət edir. Bununla da onların Şimali Atlantika Alyansı ilə birləşmələri və əslində onun əlavəsi funksiyalarını yerinə yetirəcəkləri tendensiyası təsdiqlənir”, deyə nazir qeyd edir.

 

Rusiya XİN rəhbərinin sözlərinə görə, Ukraynanın Aİ-yə üzv olmaq istəyinin zərərsizliyi şübhələr doğurur.

 

Lavrov, həmçinin Aİ-nin konstruktiv və iqtisadi platformadan “aqressiv oyunçu”ya çevrilməsi ilə bağlı narahatığını ifadə edib.

 

 

sss