Zelenski: Mən yalnız Putinlə danışmağa hazıram

Ukrayna prezidenti Volodimir Zelenski Kremlyönlü vasitəçilər olmadan və ultimatumlarla deyil, dialoq şərtləri ilə şəxsən Vladimir Putinlə görüşməyə və danışmağa hazırdır...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 May 2022, 14:56

Ukrayna prezidenti Volodimir Zelenski Kremlyönlü vasitəçilər olmadan və ultimatumlarla deyil, dialoq şərtləri ilə şəxsən Vladimir Putinlə görüşməyə və danışmağa hazırdır.

 

İnterAz "RBC"-yə istinadən xəbər verir ki, dövlət başçısı bunu İtaliyanın “Rai 1” telekanalına müsahibəsində deyib.

 

"Rusiya Federasiyası ilə danışıqlara gəlincə, bu məsələ hər gün daha da mürəkkəbləşir. Mən şəxsən belə düşünürəm, çünki kiçik şəhərlər hər gün işğaldan azad edilir və biz rus hərbçilərinin qoyub getdiyi zorakılıq, işgəncə izlərini görürük. Və buna görə də danışıqların mümkünlüyü ilə bağlı məqam daha da mürəkkəbləşir", deyə Zelenski bildirib.

 

Onun sözlərinə görə, Ukrayna cəmiyyəti 8 il ərzində Rusiya Federasiyası ilə danışmaq istəyib.

 

"İndi cəmiyyət buna müsbət yanaşmır. Mən prezident kimi Putinlə danışmağa hazıram, ancaq onunla, onun vasitəçiləri olmadan və dialoq şərtləri əsasında, ultimatumlarla deyil", deyə Ukrayna lideri əlavə edib.

 

 

sss