Ərdoğan: Finlandiya və İsveçin NATO-ya daxil olmasına müsbət baxmırıq

Bu məsələdə müsbət bir düşüncəyə sahib deyilik...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 May 2022, 15:16

“Finlandiya və İsveçin NATO-ya daxil olmasına müsbət baxmırıq”.

 

İnterAz Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

 

“Çünki bizdən öncəki hakimiyyət Yunanıstanla bağlı NATO mövzusunda yanlış qərar verib. Beləliklə, Yunanıstanın NATO-ya arxalanaraq Türkiyəyə qarşı davranışını bilirsiniz. Skandinaviya ölkələri terror təşkilatların yuvasına çevrilib. PKK və DHKP-C terror qruplaşmasının üzvləri İsveç və Niderlandda yuva qurublar. Hətta həmin ölkələrin parlamentlərində də təmsil olunurlar. Bu baxımdan onların Alyansa qoşulmasına müsbət yanaşmağımız mümkün deyil”, - dövlət başçısı bildirib.

 

 

sss