BMT Talibanın Əfqanıstanın üç əyalətindəki hücumları barədə xəbərdarlıq edib

Taxar, Pəncşir və Əndərabdan çox narahatedici hesabatlar, səsyazıları və görüntülər gəlməkdədir. ..

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 May 2022, 15:40

 “Taxar, Pəncşir və Əndərabdan çox narahatedici hesabatlar, səsyazıları və görüntülər gəlməkdədir. Bunlara cavab verilməlidir”.

 

İnterAz xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstanda İnsan hüquqları üzrə nümayəndəsi Riçard Bennet tvitter hesabında yazıb.

 

BMT rəsmisi son həftələrdə Talibanın üç əyalətdə həyata keçirdiyi, hücumlar, irimiqyaslı həbslər və qətllər barədə xəbərdarlıq edərək, gələn hesabatlar və görüntülərlə bağlı cavabların verilməsini istəyib.

 

Həmçinin Əfqanıstanın sabiq Ali Siyasi Şurasının sədri Abdullah Abdullah üç əyalətdə həyata keçirilən hücumlar, həbslər və edamlar barədə müstəqil beynəlxalq araşdırıcı komissiyanın təşkil edilməsini istəyib.

 

Qeyd edək ki, son həftədə Taliban ölkənin cənubundan Pəncşirə (Kabilin şimalı), Taxara (şimal-şərq) və Bağlanın Əndərab rayonuna partizan qüvvələrlə döyüşə və üsyanları yatırtmaq üçün çoxsaylı qüvvələr göndərib. Taliban qüvvələrinin bu bölgələrdə intiqam məqsədilə kütləvi həbslətr və edamlar həyata keçirdiyi bildirilir.

sss