Ədən körfəzində İranın ticarət gəmisinə hücum edilib

Yəmən sahillərinə yaxın sularda İranın bir ticarət gəmisinə dəniz quldurları tərəfindən hücum edilib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 May 2022, 16:48

Yəmən sahillərinə yaxın sularda İranın bir ticarət gəmisinə dəniz quldurları tərəfindən hücum edilib. İranın dəniz qüvvələri müdaxilə edib.

 

İnterAz bu barədə SalamNews-a istinadən xəbər verir.

 

Bildirilib ki, Ədən körfəzində ölkənin bir ticarət gəmisinə dəniz quldurları tərəfindən hücum edilib və gəminin ələ keçirilməsi təhlükəsi yaranıb.

 

Əlavə edilib ki, ölkə ordusunun bölgədə olan Dəniz Qüvvələrinin 80-ci donanması zamanında müdaxilə edib. Müəyyən müddət atışmadan sonra dəniz quldurları bölgəni tərk ediblər.

 

İranın ticarət gəmisi dəniz qüvvələrinin müşayiəti ilə məqsədinə doğru üzməyi davam etdirib.

 

sss