Rusiya on rumıniyalı diplomatı arzuolunmaz şəxs elan edib

Nazirlik bildirib ki, bu qərar Rumıniya tərəfinin atdığı analoji addıma cavab olaraq verilib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 May 2022, 16:55

Rusiya Rumıniya səfirliyinin 10 əməkdaşını arzuolunmaz şəxs elan edib.

 

İnterAz-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyyinin açıqlamasında deyilir.

 

Qeyd olunur ki, bununla əlaqədar Rumıniya səfiri Kristian İstrate XİN-ə çağırılıb.

 

Nazirlik bildirib ki, bu qərar Rumıniya tərəfinin atdığı analoji addıma cavab olaraq verilib.

 

Qeyd edək ki, Rumıniya hökuməti aprelin 5-də 10 rusiyalı diplomatın ölkədən çıxarılması barədə qərar qəbul etmişdi.

sss