Şolts Putini Ukraynadakı vəziyyəti diplomatik yolla həll etməyə çağırıb

Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında Ukraynadakı vəziyyəti tezliklə atəşkəs və diplomatik yolla həll etməyə çağırıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 May 2022, 17:29

Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında Ukraynadakı vəziyyəti tezliklə atəşkəs və diplomatik yolla həll etməyə çağırıb. Şolts həmçinin dünyada ərzaq böhranının şiddətlənməsində Moskvanın məsuliyyətinə işarə edib. 

 

İnterAz "TASS"a istinadən xəbər verir ki, bunu jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt bildirib.

 

"Ukraynada, xüsusilə Mariupolda hərbi vəziyyətin ciddiliyini və müharibənin nəticələrini nəzərə alaraq, kansler Rusiya prezidenti ilə söhbətində, atəşkəsə, humanitar vəziyyətin yaxşılaşdırılmasına, diplomatik həll yolunun tapılmasına dair çağırış edib. Kansler və Rusiya prezidenti müharibə səbəbindən pisləşən qlobal ərzaq vəziyyətini də müzakirə ediblər", deyə Hebeştrayt bildirib.

 

 

 

 

sss