İbrahim Kalın: Ukrayna böhranının uzudalmasının bədəli çox yüksək olacaq

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib ki, Ukrayna böhranının sülh yolu ilə həllini gecikdirmək vəziyyəti xeyli gərginləşdirəcək...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 May 2022, 17:56

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib ki, Ukrayna böhranının sülh yolu ilə həllini gecikdirmək vəziyyəti xeyli gərginləşdirəcək.

 

İnterAz xəbər verir ki, Kalın, münaqişənin həlli üçün “qlobal və güclü iradə” lazım olduğunu vurğulayıb.

 

"Bütün səylərimizə baxmayaraq, Ukrayna böhranı getdikcə pisləşir. Qarşılıqlı səhvlər, uzunmüddətli perspektivdə fayda əldə etmək üçün ani hesablamalar ciddi strateji itkilərlə doludur", deyə Kalın "Türkiyə" qəzetinə müsahibəsində deyib.

 

Onun fikrincə, güc əsasında yeni dünya nizamı qurmaq cəhdləri həm taktiki, həm də strateji baxımdan səhvdir.

 

"Keçmişin faciələrinin təkrarlanmasının qarşısını almaq üçün biz qətiyyətli diplomatik səylər göstəririk. Bu, asan proses deyil, amma prezidentimiz Ukraynada qan tökülməsinə son qoymaq, sülhə nail olmaq üçün diplomatik mübarizəni davam etdirir", deyə Kalın əlavə edib.

sss