İsrail Suriyaya hava zərbələri endirib, ölənlər arasında mülki şəxslər var

İsrailin hərbi təyyarələri Suriyanın Misyaf bölgəsinə hava zərbələri endirib...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 14 May 2022, 10:35

İsrailin hərbi təyyarələri Suriyanın Misyaf bölgəsinə hava zərbələri endirib. Biri mülki şəxs olmaqla beş nəfər həlak olub.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bu barədə Suriyanın Müdafiə Nazirliyi bəyanat verib.

 

Bildirilib ki, İsrail təyyarələri ötən gecə Aralıq dənizinin üzərindən Həma əyalətinin Misyaf bölgəsinə raketlər atıb.

 

Bu təcavüz nəticəsində beş nəfər ölüb və yeddi nəfər yaralanıb. Ölən və yaralananlar arasında bir uşaq da var.

 

Suriyanın Havadan Müdafiə Sistemləri raketlərin çoxunu havada zərərsizləşdirib.

 

Raketlərin bəzisi mülki obyektlərə düşərək maddi ziyanlara səbəb olub.

 

Xatırladaq ki, İsrailin sonuncu dəfə aprelin 27-də Dəməşqin ətrafına etdiyi təcavüz nəticəsində dörd ordu əsgəri həyatını itirmişdi.

 

sss