Fələstin Baş Prokurorluğu: İsrail Ordusu Şirin Əbu-Aqiləyə tibbi yardım göstərilməsinə də mane olub

“İsrail Ordusu Şirin Əbu-Aqiləni qətlə yetirib və daha sonra ona təcili tibbi yardım göstərilməsinə mane olub”...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 14 May 2022, 10:58

 “İsrail Ordusu Şirin Əbu-Aqiləni qətlə yetirib və daha sonra ona təcili tibbi yardım göstərilməsinə mane olub”.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bu barədə Fələstin Baş Prokurorluğu rəsmi facebook səhifəsi üzərindən bəyanat verib.

 

"Əl-cəzirə"nin Qüds üzrə müxbirinin güllə ilə qətlə yetirilməsi barədə araşdırma aparan Fələstin Baş Prokurorluğu elan edib ki, jurnalist birbaşa İsrail qüvvələrinin atəşi nəticəsində həlak olub və bu qüvvələr ona təcili tibbi yardımın göstərilməsinə də mane olub.

 

Baş Prokurorluq İsrailin bu təcavüzünün beynəlxalq qanunlara əsasən müharibə cinayətləri müstəvisində olduğunu bəyan edib.

 

Qeyd edək ki, Şirin Əbu-Aqilə dörd gün öncə İsrail hərbi qüvvələrinin Cenin şəhərinə basqını zamanı başından aldığı güllə yarasından həyatını itirib.

sss