İranda 10 mərtəbəli bina çöküb, ölən və yaralananlar var

İranın Xuzestan əyalətinin Abadan şəhərində 10 mərtəbəli ticarət binası çöküb...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 23 May 2022, 16:05

 İranın Xuzestan əyalətinin Abadan şəhərində 10 mərtəbəli ticarət binası çöküb.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bu barədə İranın Təcili Tibbi Yardım Təşkilatının mətbuat katibi Müctəba Xalidi açıqlama verib.

 

İran rəsmisi bildirib ki, bu gün Xuzestan əyalətinin Abadan şəhərində 10 mərtəbəli ticarət binası çöküb və hadisə nəticəsində azı bir nəfər ölüb və dağıntılar altından dörd yaralı çıxarılıb.

 

Xuzastan əyalətinin digər rayonlarından da əraziyə yardım qrupları ezam edilib.

 

Dağıntıların altında qalanların olduğu və xilasetmə işlərinin aparıldığı deyilib.

sss