Fələstin Muxtariyyəti ABŞ-ı İsraili qorumaqdan əl çəkməyə çağırıb

Co Bayden Administrasiyasının Fələstin məsələsilə bağlı vədləri həyata keçirilmir...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 23 May 2022, 16:31

 “Co Bayden Administrasiyasının Fələstin məsələsilə bağlı vədləri həyata keçirilmir. Hazırda Vaşinqton İsraili hesaba çəkilməkdən qoruyur. Biz istəmirik ki,  ABŞ-la münasibətlər geri dönməsi mümkün olmayan mərhələyə gəlib çatsın”.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bunu Fələstin Muxtariyyətinin Xarici İşlər naziri Riyad əl-Maliki deyib.

 

O, mətbuata açıqlamasında bildirib ki, ABŞ İsraili hesaba çəkmək məsələsində onu qorumağa davam edir və Fələstin də Co Bayden Administrasiyasının münaqişə ilə bağlı vədlərinin yerinə yetirmədiyinin şahididir.

 

Riyad əl-Maliki “ABŞ Təhlükəsizlik Şurasında olan dövlətlərə təzyiqlərini davam etdirir və İsrailə qarşı qərarların və sanksiyaların qəbul edilməsinin qarşısını alır. ABŞ bu istiqamətdə veto haqqını istifadə edəcəyilə bağlı müxtəlif BMT TŞ üzvlərinə xəbərdarlıq edir. Vaşinqton, həmçinin İsrailin tərəfini tutmaq üçün maddi və siyasi dəstəklərini davam etdirir”, deyərək sözlərinin sonunda ABŞ-ı İsraili qorumaqdan əl çəkməyə çağırıb.

 

sss