Suriya hökuməti Donetsk və Luqansk “Xalq Respublikaları”nı tanımağa hazırlaşır

Suriya prezidenti Bəşər Əsəd Donetsk və Luqansk bölgələrinin müstəqilliyini tanımaq üçün müvafiq addımların atılması istiqamətində göstərişlər verəcək...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 16 Iyun 2022, 15:01

Suriya prezidenti Bəşər Əsəd Donetsk və Luqansk bölgələrinin müstəqilliyini tanımaq üçün müvafiq addımların atılması istiqamətində göstərişlər verəcək.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bu barədə “Donetsk Xalq Respublikası”nın “İnformasiya Nazirliyi” teleqram səhifəsində məlumat yayıb.

 

Bildirilib ki, Suriya prezidenti Bəşər Əsəd son açıqlamasında “Donetsk və Luqans Xalq Respublikaları”nın müstəqilliyinin tanınması üçün müvafiq addımların atılması üçün təlimat verəcəyini bildirib.

 

Əlavə edilib ki, Bəşər Əsəd Dəməşqdə “Donetsk və Luqansk Xalq Respublikaları”nın nümayəndə heyətlərini qəbul edərkən bölgələrin “azad edilməsi”nə görə qonaqları təbrik edib və adıçəkilən bölgələrin müstəqilliyini tanımaq üçün ölkənin Xarici İşlər Nazirliyinə təlimat verəcəyini deyib.

 

sss