Müdafiə naziri: “Ukrayna bütün ərazilərini, o cümlədən Krımı azad etmək istəyir”

“Yeni silahlar Ukraynaya Krım da daxil olmaqla işğal olunmuş əraziləri geri qaytarmağa imkan yaradacaq”...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 16 Iyun 2022, 15:59

“Yeni silahlar Ukraynaya Krım da daxil olmaqla işğal olunmuş əraziləri geri qaytarmağa imkan yaradacaq”.

 

İnterAz CNN-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov müsahibəsində bildirib.

 

“Krım Ukrayna üçün strateji obyektdir, çünki o, Ukrayna ərazisidir”, - deyə Reznikov əlavə edib.

 

Müdafiə naziri, həmçinin bildirib ki, Rusiya qüvvələrinə qarşı növbəti itkilərin qarşısını almaq üçün ilk addım vəziyyətin sabitləşdirilməsi olacaq.

sss