Rusiyada silah anbarında partlayış olub, 4 nəfər ölüb

Rusiyanın Vladimir vilayətində silah-sursat anbarında mərmi partlayıb...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 22 Iyun 2022, 15:05

Rusiyanın Vladimir vilayətində silah-sursat anbarında mərmi partlayıb.

 

İnterAz “TASS”a istinadən xəbər verir ki, hadisə Barsovo qəsəbəsində yerləşən hərbi hissədə qeydə alınıb. Partlayış nəticəsində 4 nəfər həlak olub, daha 1 nəfər isə xəsarət alıb. 

 

Ölənlərdən 3-ü hərbi qulluqçu, 1-i isə anbar işçisidir.

sss