İsrail İranla bağlı mövqelərinə görə ABŞ və Britaniyaya təşəkkür edib

İsrailin baş naziri Naftalı Bennet ABŞ-ın İran İslam İnqilabının Keşikçilər Ordusunu “terror siyahısı”ndan çıxarmamasından məmnunluğunu ifadə edib...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 22 Iyun 2022, 15:46

İsrailin baş naziri Naftalı Bennet ABŞ-ın İran İslam İnqilabının Keşikçilər Ordusunu “terror siyahısı”ndan çıxarmamasından məmnunluğunu ifadə edib. Eləcə də İsrailin xarici işlər naziri Yair Lapid Britaniyanın İranla bağlı mövqeyinə görə təşəkkür edib.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, baş naziri Naftalı Bennet bu günkü açıqlamasında ABŞ-ın İran İslam İnqilabının Keşikçilər Ordusunu “terror siyahısı”ndan çıxarmamasından məmnunluğunu ifadə edib.

 

Bennet İranın nüvə proqramı ilə bağlı son fikirlərini açıqlayıb və İsrailin hansı şərtlər altında İranın nüvə fəaliyyəti ilə razılaşa biləcəyini deyib.

 

O deyib ki, “sanksiyaların hamısının ləğv edilməsi (uranı zənginləşdirən) sentrifuqa cihazlarının istehsalını və quraşdırılmasını tamamilə və daimi olaraq dayandırdıqdan sonra baş tutacaq.”

 

Bu arada İsrailin xarici işlər naziri Yair Lapid də tvitter səhifəsində yazıb ki, britaniyalı həmkarı ilə telefon təmasında rəsmi Londonun İrana qarşı qətiyyətli mövqeyinə görə təşəkkür edib.

 

sss