Türkiyənin Ambarlı limanı tərəfindən qəbul edilən yüklərin həcmi açıqlanıb

2022-ci ilin yanvar-may aylarında Türkiyənin İstanbul şəhərində yerləşən Ambarlı limanı 7 milyon 980 min 579 ton yük qəbul edib...

Bakı , , İnteraz - 22 Iyun 2022, 15:52

2022-ci ilin yanvar-may aylarında Türkiyənin İstanbul şəhərində yerləşən Ambarlı limanı 7 milyon 980 min 579 ton yük qəbul edib.

 

İnterAz xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

 

Nazirlikdən verilən məlumata görə, Ambarlı limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 1 milyon 213 min 219 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 6 milyon 767 min 351 min ton yük daşınıb.

 

“2022-ci ilin yanvar-may aylarında Türkiyənin Ambarlı limanı 4 milyon 206 min 464 ton tranzit yük aşırılıb”, - Nazirlikdən bildirilib.

 

Qeyd edək ki, bu ilin may ayında Türkiyə limanları 33 milyon 431 min 149 ton yük qəbul edib. Bu yüklərin 2 milyon 355 min 407 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 31 milyon 75 min 741 tonu isə əcnəbi bayraqlı gəmilərlə qəbul edilib.

 

May ayında Türkiyə limanlarından 7 milyon 509 min 987 ton tranzit yük aşırılıb.

 

Bu ilin yanvar-may aylarında Türkiyə limanları 164 milyon 292 min 61 ton yük qəbul edib. Bu yüklərin 11 milyon 414 min 29 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 152 milyon 878 min 32 tonu isə əcnəbi bayraqlı gəmilərlə qəbul edilib.

 

Yanvar-may ayında Türkiyə limanlarından 35 milyon 282 min 27 ton tranzit yük aşırılıb.

sss