Ukrayna Qərbdən aldığı silahla Rusiyaya hücum etməyəcəyinə təminat verib
O, Ukraynaya silah tədarükünün gərginliyi daha da artırmamalı olduğunu qeyd edib...
Bakı , Gülnarә Quliyeva, İnteraz - 22 Iyun 2022, 17:24
Ukrayna tərəfdaşlarını əmin edib ki, Qərbdən aldığı silahla Rusiya ərazisinə hücum etməyəcək və bu silahdan yalnız öz ərazisini müdafiə etmək üçün istifadə edəcək.
İnterAz APA-ya istinadən xəbər verir ki, bu barədə Bundestaqda çıxış edən Almaniya müdafiə naziri Kristina Lambrext bildirib.
O, Ukraynaya silah tədarükünün gərginliyi daha da artırmamalı olduğunu qeyd edib.