Putin: Rusiyada Hindistan mağazalar şəbəkəsi açıla bilər

... Bundan əlavə, Rusiya bazarında Çin avtomobillərinin payı arta bilər

Bakı , , İnteraz - 22 Iyun 2022, 17:34

Rusiyada Hindistan mağazalar şəbəkəsi açıla bilər. Prezident Vladimir Putin bu barədə BRICS Biznes Forumunun (beş ölkədən ibarət qrup: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) iştirakçılarına salamlama nitqində deyib. 

 

İnterAz xəbər verir ki, bu barədə "RBK" məlumat yayıb. 

 

Bundan əlavə, Rusiya bazarında Çin avtomobillərinin payı arta bilər. Rusiya dövlət başçısının sözlərinə görə, sanksiyalar fonunda, Rusiyanın işgüzar dairələri Braziliya, Hindistan, Çin və Cənubi Afrikanın biznesləri ilə əlaqələr qurur. Rusiya mallarının BRICS ölkələrində mövcudluğu da genişləndirir. 

 

"Rusiyadan Çin və Hindistana neft tədarükünün həcmi nəzərəçarpacaq dərəcədə artır. Kənd təsərrüfatı sahəsində əməkdaşlıq dinamik inkişaf edir. Rusiya BRICS ölkələrinə əhəmiyyətli həcmdə gübrə ixrac edir", deyə Putin bildirib. 

 

Bundan əlavə, Rusiyanın İT şirkətləri Hindistan və Cənubi Afrikada fəaliyyətlərini genişləndirirlər. Rusiya istehsalı olan peyklər Braziliyada 40 milyon insanı televiziya yayımı ilə təmin edir.

sss