ABŞ müdafiə xərclərini yenidən artırır

ABŞ Konqresinin Nümayəndələr Palatasının müvafiq komitəsi gələn il üçün dövlətin müdafiə büdcəsi layihəsinə düzəlişlər edib...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 23 Iyun 2022, 10:04

ABŞ Konqresinin Nümayəndələr Palatasının müvafiq komitəsi gələn il üçün dövlətin müdafiə büdcəsi layihəsinə düzəlişlər edib.

 

İnterAz Lenta.ru-ya istinadla xəbər verir ki, bununla əlaqədar olaraq ölkənin müdafiə büdcəsi 37 milyard dollar artırılıb.

 

Dəyişikliklərin lehinə komitə üzvlərinin əksəriyyəti - 42 nəfər, əleyhinə isə 17 nəfər səs verib.

 

Qeyd edək ki, daha əvvəl ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi 2023-cü ildə hərbi büdcənin artırılması üçün əlavə 45 milyard dollar ayrılmasını təsdiqləmişdir.

sss