ABŞ-da bildirilib ki, Rusiya NATO üçün “əsas təhlükə” olaraq qalır

Madriddə keçiriləcək NATO sammitinin iştirakçıları qüvvələrin Avropada yerləşdirilməsi ilə bağlı yeni öhdəliklər elan edəcəklər və alyansın yeni strateji konsepsiyasında Rusiya əsas təhlükə kimi göstəriləcək...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 23 Iyun 2022, 10:16

Madriddə keçiriləcək NATO sammitinin iştirakçıları qüvvələrin Avropada yerləşdirilməsi ilə bağlı yeni öhdəliklər elan edəcəklər və alyansın yeni strateji konsepsiyasında Rusiya əsas təhlükə kimi göstəriləcək.

 

İnterAz "TASS"a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Baydenin Almaniya və İspaniyada keçiriləcək G7 və NATO sammitlərinə gözlənilən səfərinə həsr olunmuş jurnalistlər üçün xüsusi telefon brifinqində çıxış edən Amerika administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib.

 

"Aydındır ki, Rusiya alyans üçün ən ciddi və əsas təhlükə olaraq qalır, lakin strateji konsepsiyada Avro-Atlantika təhlükəsizliyinə Çindən gələn çoxşaxəli və uzunmüddətli çağırışlar da göstəriləcək", deyə Amerika administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib. 

 

"Bundan əlavə, strateji konsepsiya alyansın transmilli təhlükələrlə, o cümlədən kiber, iqlim, hibrid və kosmos əsaslı təhdidlərlə mübarizə üsullarına dair yenilənmiş yanaşmasını əks etdirəcək. "Liderlər NATO-nun müdafiə və cilovlama imkanlarını gücləndirmək üçün güclərin uyğunlaşdırılması üzrə yeni öhdəliklər elan edəcəklər. Onlar mart ayında bunu edəcəkləri barədə razılığa gəliblər.Sammitdə ABŞ Avropanın təhlükəsizliyinin gücləndirilməsi istiqamətində addımlar atacağını açıqlayacaq", deyə nümayəndə vurğulayıb. 

sss