WSJ: Ağ Ev yanacaq vergisinin dayandırılması ilə seçicilərin səslərini qazanmaq istəyir

ABŞ prezidenti Co Baydenin yanacaq vergisini dayandırmaq çağırışı demokratların səs qazanmaları üçün açıq cəhdidir...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 23 Iyun 2022, 11:09

ABŞ prezidenti Co Baydenin yanacaq vergisini dayandırmaq çağırışı demokratların səs qazanmaları üçün açıq cəhdidir. 

 

İnterAz "TASS"a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb. 

 

Məqalədə bildirilir ki, Ağ Evin yanacaq vergisini dayandırmaq çağırışı yanacaq böhranını həll etmək üçün "ən zəif səy" olaraq qiymətləndirilir.

 

"Bu, yalnız sürücülərin, yəni seçicilərin yay mövsümündə çənlərini doldurduqları məqamda qıcıqlanmalarının azaldılmasına kifayət edəcək. Nə vaxtsa belə açıq-aydın və rüsvayçı səs qazanma ilə bağlı siyasi hiylə olubmu?", deyə müəlliflər vurğulayır. 

 

Məqalə müəllifləri qeyd edirlər ki, yanacaq vergisinin ləğvi benzin və ya dizelin topdansatış qiymətinə təsir edəcək, lakin bu, son istehlakçı üçün yanacağın maya dəyərinin avtomatik azalması demək deyil. 

 

"Cənab Baydenin enerji siyasəti uyğunsuzluq dalğasından ibarətdir. AĞ Ev rəhbəri yanacağın yüksək qiymətlərindən siyasi rahatlıq əldə etmək istəyir, ancaq bunu növbəti seçkidən keçmək üçün istəyir. Birləşmiş Ştatların yanacaq sənayesi və Amerika istehlakçıları yerli istehsalı artırmaq üçün daimi tənzimləyici tətillərə ehtiyac duyurlar", deyə "The Wall Street Journal" qeyd edir.

sss