BMT Əfqanıstana yardım üçün beş milyard dolların toplanılmasını istəyib

Əfqanıstanın cənub-şərqində dağıdıcı zəlzələdən sonra BMT bu ölkə ilə bağlı yenidən çağırış edib...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 23 Iyun 2022, 11:19

 Əfqanıstanın cənub-şərqində dağıdıcı zəlzələdən sonra BMT bu ölkə ilə bağlı yenidən çağırış edib.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, çərşənbə axşamı Birləşmiş Millətlər Təşkilatı bu il Əfqanıstana yardımını maliyyələşdirmək və humanitar fəlakətin astanasında olan bir ölkənin gələcəyini təmin etmək üçün 5 milyard dolların toplanılmasını istəyib.

 

Beynəlxalq təşkilat yaydığı bəyanatda bildirib ki, yeni planının maliyyələşdirilməsi Əfqanıstanda humanitar ehtiyacları bu illik təmin etmək üçün donor ölkələrdən 4,4 milyard dolların toplanmasını tələb edir. Qalan məbləğ isə digər layihələr üçün nəzərdə tutulur.

 

Qeyd edək ki, Taliban hökuməti zəlzələdən sonra beynəlxalq dəstəklərin verilməsini, xüsusilə də ABŞ-ın dondurduğu Əfqanıstanın yeddi milyord dollarının qaytarılmasını istəyib.

 

Bildirək ki, Əfqanıstanın Xost və Paktika əyalətlərindəki zəlzələ nəticəsində ölənlərin sayı 1500-ü keçib.

 

sss