Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırılıb
Ermənistanda ehtiyatda olan hərbçilər avqustun 1-dən oktyabrın 30-dək təlimə çağırılıb...
Bakı , Gülnarә Quliyeva, İnteraz - 23 Iyun 2022, 11:45
Ermənistanda ehtiyatda olan hərbçilər avqustun 1-dən oktyabrın 30-na kimi təlimə çağırılır.
İnterAz xəbər verir ki, bu barədə məlumatı “Armenia Today” yayıb.
Təlimlərə 1444-ə qədər ehtiyatda olan hərbçi və 134 nəqliyyat vasitəsi cəlb olunacaq.
Bildirilir ki, təlimin keçirilməsində məqsəd ehtiyatda olan hərbçilərin hərbi bacarıqlarının təkmilləşdirilməsidir.