İran prezidenti: Rusiya-Ukrayna müharibəsi tez bir zamanda dayanmalıdır

...Problemin diplomatik yollarla həll edilməsi üçün İran kömək etməyə hazırdır

Bakı , Gülnarә Quliyeva, İnteraz - 23 Iyun 2022, 11:56

“Rusiya-Ukrayna müharibəsi tez bir zamanda dayanmalıdır. Problemin diplomatik yollarla həll edilməsi üçün İran kömək etməyə hazırdır.”

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bunu İranın prezidenti İbrahim Rəisi Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən deyib.

 

Rusiya xarici işlər nazirinin Ukraynadakı son vəziyyətlə bağlı ətraflı məruzəsindən sonra İran prezidenti müharibənin tez bir zamanda dayandırılmasının vacibliyini və İran İslam Respublikasının bu mövzuda diplomatik həll yolunun tapılmasına kömək etməyə hazır olduğunu vurğulayıb

 

“ABŞ və NATO-nun təhrik etmələri bu münaqişələrin baş verməsində mühüm rol oynamışdır və buna görə də dünyanın istənilən yerində, o cümlədən Qərbi Asiya, Qafqaz və Mərkəzi Asiyada NATO-nun nüfuzunun genişləndirmək səylərində diqqətli olmaq lazımdır.”

 

Rəisi Xəzər dənizi hövzəsində qonşu dövlətlər arasında əməkdaşlığın vacibliyinə toxunaraq, burada hər hansı xarici hərbi mövcudluğun qadağan edilməsinin diqqətlə saxlanılmasını istəyib.

sss