Medvedyev: Avropa siyasəti «Amerika solistlərinin solğun bek-vokalına« çevrilib

Avropa siyasəti deqradasiyaya uğrayır...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 23 Iyun 2022, 12:27

Avropa siyasəti deqradasiyaya uğrayır. Bu, Avropa siyasətinin "Amerika solistləri üçün solğun bek-vokalına çevrilməsi" ilə bağlıdır.

 

İnterAz xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev özünün "Telegram" kanalında bildirib.

 

Onun sözlərinə görə, Avropada nə Kol, nə Şirak, nə də Tetçer səviyyəsində siyasətçilər qalmayıb, onların yerinə özlərini texnokrat adlandıran və məsuliyyəti öz üzərinə götürə bilməyənlər gəlib. 

 

"Avropa siyasətinin degenerasiyası problemi ilk növbədə onun amerikalı solistlər üçün solğun bek- vokalına çevrilməsi ilə bağlıdır", deyə Medvedyev bildirib. 

 

Təhlükəsizlik Şurasının sədr müavini  qeyd edib ki, kifayət qədər uzun müddətdir ki, xarici liderlərlə əlaqə saxlayır və Qərb siyasətçilərinin səviyyəsinin nə qədər aşağı düşdüyünü görür.

 

"Bu, son iyirmi ildə gözümün qabağında baş verib. Aydındır ki, Avropada Helmut Kol, Jak Şirak, Marqaret Tetçer səviyyəsində siyasi xadimlərdən əsər-əlamət qalmayıb. Onların bəziləri kifayət qədər ixtisaslı mütəxəssislərdir. Belə insanlar ideyanı düzgün formalaşdıra, köməkçilərə dəqiq göstərişlər verə bilirlər. Amma məsuliyyəti öz üzərlərinə götürə bilmirlər", deyə Medvedyev əlavə edib. 

sss