Hizbullah və HƏMAS liderləri Beyrutda görüşüblər

Fələstinin İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi bürosunun rəhbəri İsmail Həniyyə Livanın paytaxtı Beyrutda Hizbullah hərəkatının baş katibi Həsən Nəsrullah ilə görüşüb...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 23 Iyun 2022, 12:56

Fələstinin İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi bürosunun rəhbəri İsmail Həniyyə Livanın paytaxtı Beyrutda Hizbullah hərəkatının baş katibi Həsən Nəsrullah ilə görüşüb.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, Hizbullah lideri HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmail Həniyyənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Bildirilib ki, tərəflər bu görüşdə Fələstində, Livanda və regionda baş verən müxtəlif siyasi və hərbi hadisələri, (İsrailə qarşı) müqavimət xəttinin inkişafı, mövcud təhdidləri və əməkdaşlıq imkanlarını müzakirə ediblər.

 

Əl-Mənar əlavə edib ki, iki lider müqavimət mehvərinin bütün tərəflərinin əməkdaşlığını mərkəzi hədəfi təmin edən əsas amil hesab ediblər.

 

Qeyd edək ki, iki liderin görüşü İsrailin müfadiə naziri Beni Qantsın Livanı yenidən işğal etmək təhdidini səsləndirməsi zamanına təsadüf edir.

sss