Çavuşoğlu “taxıl dəhlizi” ilə bağlı Moskvada keçirilən danışıqları konstruktiv adlandırıb

Ukrayna limanlarından taxıl ixracı üçün təhlükəsiz dəhliz yaradılması məsələsi ilə bağlı Moskvada Türkiyə ilə Rusiya arasında aparılan danışıqlar konstruktiv olub...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 23 Iyun 2022, 14:09

Ukrayna limanlarından taxıl ixracı üçün təhlükəsiz dəhliz yaradılması məsələsi ilə bağlı Moskvada Türkiyə ilə Rusiya arasında aparılan danışıqlar konstruktiv olub.

 

İnterAz "TASS"a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu britaniyalı həmkarı Liz Trass ilə danışıqların yekunu üzrə bildirib.

 

Çavuşoğlu qeyd edib ki, Türkiyə Müdafiə Nazirliyinin nümayəndə heyəti Rusiya tərəfinin dəvəti ilə Moskvaya gəlib.

 

Diplomat Böyük Britaniyanın xarici işlər nazirinə Ankaranın Ukrayna taxıl məsələsində gördüyü tədbirlər barədə məlumat verib. O qeyd edib ki, digər məsələlərlə yanaşı, BMT-nin baş katibi Antonio Quterreşlə də əlaqələr saxlanılır.

 

"Koordinasiya mərkəzinin işə başlaması üçün Rusiya və Ukraynanın razılığı lazımdır. Həmkarlarımıza bütün məlumatları təqdim edirik. Biz bu məsələdə konstruktiv rol oynayırıq və çalışırıq ki, bu problem tezliklə həllini tapsın", deyə Çavuşoğlu vurğulayıb.

sss