Putin Xəzəryanı dövlətlərin Aşqabad Sammitində iştirak edəcək
Rusiya Prezidenti Vladimir Putin Xəzəryanı ölkələrin Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək Zirvə toplantısında iştirak edəcək...
Bakı , Gülnarә Quliyeva, İnteraz - 23 Iyun 2022, 14:38
Rusiya Prezidenti Vladimir Putin Xəzəryanı ölkələrin Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək Zirvə toplantısında iştirak edəcək.
İnterAz TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, bu məqsədlə V.Putin iyunun 29-da Aşqabada səfər edəcək.
Qeyd edək ki, iyunun 29-da Türkmənistanın paytaxtı Aşqabad şəhərində VI Xəzər Sammiti keçiriləcək. Bundan əvvəlki Zirvə toplantısı 2018-ci ildə Qazaxıstanın Aktau şəhərində olub.