Zelenski etiraf edib ki, dünyanın Ukraynadakı münaqişəyə marağı azalır

...Zelenski bu barədə cümə günü Kiyevdə Norveçin baş naziri Yonas Har Stör ilə birgə mətbuat konfransında bildirib

Bakı , Gülnarә Quliyeva, İnteraz - 02 Iyul 2022, 11:14

Ukrayna prezidenti Volodimir Zelenski bütün dünyada ölkəsinin ərazisindəki münaqişəyə maraq dalğasının səngidiyini etiraf edib və digər dövlətlərin liderlərinə həmvətənlərini Kiyevi dəstəkləməyə çağırmaq xahişi ilə müraciət edib.

 

İnterAz "TASS"a istinadən xəbər verir ki, Zelenski bu barədə cümə günü Kiyevdə Norveçin baş naziri Yonas Har Stör ilə birgə mətbuat konfransında bildirib. 

 

"Mən sizinlə tamamilə razıyam ki, müharibəyə diqqət azalır, çünki Avropada və dünyada insanlar müharibə haqqında düşünmək istəmirlər, bu belədir. Amma hərbi əməliyyatlar Ukraynadan başqa dövlətlərə yayıla bilər. Ona görə də çox vacibdir ki, bu sözdən istifadə etdiyim üçün bağışlayın - müharibəyə maraq azalmasın. Bunu ancaq biz, dövlət rəhbərləri, media edə bilər", deyə Zelenski vurğulayıb. 

 

Onun sözlərinə görə, Qara dəniz limanlarının bağlanması ilə əlaqədar Ukraynadan dünya bazarına taxıl tədarükünün dayandırılması nəticəsində Afrika və Asiya ölkələrində qıtlıq baş verə bilər.

sss