Dövlət Duması Britaniyanı Ukrayna hesabına özünü təsdiq etməyə çalışmaqda ittiham edib

Böyük Britaniya başqasının hesabına yaşamaq” vərdişinə görə Avropanı Rusiyaya qarşı son ukraynalıya qədər mübarizə aparmağın zəruriliyinə inandırır...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 02 Iyul 2022, 14:37

 Böyük Britaniya başqasının hesabına yaşamaq” vərdişinə görə Avropanı Rusiyaya qarşı son ukraynalıya qədər mübarizə aparmağın zəruriliyinə inandırır.

 

İnterAz xəbər verir ki, bu fikri Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün "Telegram" kanalında yazıb. 

 

Parlamentari xatırladıb ki, 19-cu əsrin sonunda Böyük Britaniya dünyada birinci iqtisadiyyat olub, onun ÜDM-də payı dünya iqtisadiyyatının demək olar ki, 25%-ni təşkil edib. Ancaq indi bu ölkə keçmiş müstəmləkəsi olan Hindistandan da geri qalaraq doqquzuncu yeri tutur.

 

"London özünü təsdiq etmək üçün hər fürsətdən yapışır. Təlaş buna görə yaşanır. Ya Avropa İttifaqından çıxır, ya da haradasa lider olmaq üçün Polşa, Baltikyanı ölkələr və Ukraynadakı rusofob rejimlərlə yeni ittifaqlar axtarır", deyə Volodin vurğulayıb. 

 

Onun fikrincə, “müstəmləkəçi revanşizm” yalnız fəlakətli nəticələrə gətirib çıxara bilər. 

 

sss