Əfqanıstanın şimalında Taliban qüvvələrinin bir helikopteri qəzaya uğrayıb, ölənlər var

Əfqanıstanın Türkmənistanla sərhədində yerləşən Cövzcan əyaləti ərazisində Taliban qüvvələrinin bir helikopteri qəzaya uğrayıb...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 02 Iyul 2022, 15:13

Əfqanıstanın Türkmənistanla sərhədində yerləşən Cövzcan əyaləti ərazisində Taliban qüvvələrinin bir helikopteri qəzaya uğrayıb.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bu barədə yerli mənbələr məlumat veriblər.

 

Bildirilib ki, Cövzcan əyalətinin Şibarğan şəhəri ərazisində Taliban qüvvələrinin bir helikopteri qəzaya uğrayıb.

 

Hadisə nəticəsində helikopterdə olanlardan üç nəfər ölüb və yeddi nəfər yaralanıb.

 

Məlumata görə helikopter Sərpol əyalətinin Bəlxab rayonunda gedən “hərbi əməliyyat”dan qayıdan zaman baş verib.

 

Taliban hökumətinin Müdafiə Nazirliyi hələ hadisəyə münasibət bildirməyib. Hadisənin texniki nasazlıqdan baş verdiyi deyilir.

 

sss