İranın xarici işlər naziri Suriya prezidenti Bəşər Əsədlə görüşüb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Dəməşqdə Suriyanın prezidenti Bəşər Əsədlə görüşüb...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 02 Iyul 2022, 15:55

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Dəməşqdə Suriyanın prezidenti Bəşər Əsədlə görüşüb.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, İranın XİN rəhbəri Suriya prezidenti ilə görüşdə qarşılıqlı əlaqələrin son vəziyyətini, bir sıra region və beynəlxalq məsələləri müzakirə edib.

 

Qeyd edək ki, İranın XİN rəhbəri Dəməşqdə hava limanında ilk açıqlamasında İsrailin bu gün sübh Suriyaya təcavüzünü pisləyib və İranın Suriyanın yanında olduğunu bildirib.

 

O, həmçinin Suriyaya səfərindən öncə İran mətbuatına verdiyi açıqlamasında Dəməşqlə Ankara arasında sülh və barışığa çalışdığını bildirib.

 

sss