"Bayraktar Akıncı" lazer tuşlama komplektini uğurla sınaqdan keçirib

Türkiyənin "Baykar" şirkətinin istehsal etdiyi "Bayraktar Akıncı" hücum pilotsuz uçuş aparatı (PUA) ilk dəfə olaraq PUA-dan lazer tuşlama komplektinin sınaq atışını həyata keçirilib...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 02 Iyul 2022, 16:20

Türkiyənin "Baykar" şirkətinin istehsal etdiyi "Bayraktar Akıncı" hücum pilotsuz uçuş aparatı (PUA) ilk dəfə olaraq PUA-dan lazer tuşlama komplektinin sınaq atışını həyata keçirilib.

 

İnterAz xəbər verir ki, bu barədə Trend-ə "Baykar" şirkətindən bildiriblər.

 

Qeyd olunub ki, "LGK" mərmisi ilə ilk atış uğurla həyata keçirilib və şərti hədəf tam dəqiqliklə vurulub.

 

Xatırladaq ki, "Bayraktar Akıncı" zərbə PUA-ları ötən ilin avqustunda Türkiyə ordusuna təhvil verilib.

 

sss